Yuxarı

General Əliyev: "Qanunsuzluq həkimlərin əli ilə edilir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
General Əliyev: "Qanunsuzluq həkimlərin əli ilə edilir"

Yeni ildən sonra hər gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müxtəlif rayonlardan bəzi şirkətlərin qiymətləri artırması ilə əlaqədar müraciətlər daxil olur. Hər bir müraciət ciddi şəkildə araşdırılır və bundan sonra lazımi addımlar atılır. Peşəkar iş adamları belə hallara, yəni süni qiymət artımına yol vermirlər.

Report xəbər verir ki, bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Qiymət artımını başa düşmək olar, ancaq elə məhsullar var ki, onların qiymətində süni artıma yol verilməsi düzgün deyil. Misal olaraq, müəyyən dərman vasitələri var ki, onun qiyməti Tarif Şurası tərəfindən tənzimlənməyib. Bəzi sahibkarlar görmük keçid məntəqəsindən hansısa dərmanı 100 manatlıq qiymətlə keçirib onu ölkədə 500 manata satırsa, buna süni qiymət artımı deməmək mümkün deyil. Hətta elə hallar olur ki, bir çox dərmanlar qanunsuz şəkildə ölkəyə gətirilir. Bəziləri isə həmin dərman preparatlarını xəstəxanalara həkimlərin vasitəsi ilə keçirirlər. İdarəmiz bu istiqamətdə tədbirlərini davam etdirir", - K.Əliyev bildirib.

Tarix
2016.01.15 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla