Tailandda səfərdə olan
millət vəkili Qənirə Paşayeva Tailand kral ailəsinin üzvləri,
kraliça Sirikitin şəxsi katibləri Zanpuying Farani Mahanonda,
Zanpuying Supornfen Laungzer, kraliça Sirikit İnstitunun və
Fondunun rəhbərləri ilə görüşüb.
Axar.az xəbər verir ki, millət vəkili görüşdə Azərbaycan tarixi,
mədəniyyəti ilə bağlı bütün istiqamətlərdə görülən işlərlə və əldə
edilən uğurlarla bağlı geniş məlumat verib.
Görüş zamanı Kraliça Sirikit Phra Baromma Rajini Nath tərəfindən
və onun dəstəyi və rəhbərliyi ilə qurulan institut, fond və muzeyin
fəaliyyəti, mədəniyyət, təhsil və sosial sahədə həyata keçirilən
layihələr, əldə olunan uğurlar barədə söz açılıb.
Millət vəkili Tailand kral ailəsinin üzvlərini, kraliça
Sirikitin şəxsi katibləri Zanpuying Farani Mahanonda, Zanpuying
Supornfen Laungzer, kraliça Sirikit İnstitunun və Fondunun
rəhbərliyini Azərbaycana dəvət edib.
Həmçinin Q.Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında törətdiyi vandalizm aktlarından, öz evinə dönə
bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərdən və
Xocalı soyqırımından danışıb:
"Dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada
beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar
Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da
yüksəltməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz
ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar".
Sonda Q.Paşayeva onlara rəhbərlik etdiyi Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ
həqiqətlərini əks etdirən ingilis dilində sənədli filmlərin olduğu
"Azərbaycan həqiqətləri" filmləri kataloqunu, Azərbaycanla bağlı
müxtəlif materialları hədiyyə edib.