Yuxarı

Yeni Bakı beynəlxalq limanı nə vaxt hazır olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni Bakı beynəlxalq limanı nə vaxt  hazır olacaq?

Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisinin I mərhələsi çərçivəsində hazırda görülən bütün işlər bu ilin sonunadək başa çatacaq.

Bunu Trend-ə limanın baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, I mərhələ çərçivəsində Ro-Ro tipli gəmilər üçün 4 yanalma körpüdən ibarət universal quru yük və konteyner limanının tikintisi üzrə işləri başa çatdırmaq lazımdır: "Bundan sonra Ələtdəki liman köhnə Bakı limanında yükləri boşaltmadan Ro-Ro gəmilərini qəbul edə biləcək. Limanın tikintisinin növbəti mərhələlərinin reallaşdırılması templəri yük dövriyyəsinin templərindən asılı olacaq, yəni zərurət yaranarsa, tikintini sürətləndirəcəyik".

T.Ziyadov qeyd edib ki, I mərhələ başa çatdıqdan sonra liman ildə 10-11 milyon tonadək yük və 50 minədək konteyner qəbul edə biləcək.

Tarix
2016.01.17 / 20:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla