Yuxarı

Prezidentdən xəbərdarlıq: “Cəzalanacaqlar”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən xəbərdarlıq: “Cəzalanacaqlar”

Bu gün Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.

Axar.az xəbər verir ki, Prezident çıxışında süni bahalaşmaya münasibət bildirib, problemlə ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb. İşbazların qiymətləri süni şəkildə bahalaşdırmağa çalışdığını deyən dövlət başçısı görülən tədbirlər nəticəsində çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü vurğulayıb:

"Bu da sosial təşəbbüsdür. İlk növbədə çətin vəziyyətdə olan insanların vəziyyətini nəzərə alaraq biz bunu edirik və gələcəkdə də çalışmalıyıq ki, bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi və yaxud siyasi maraqları üçün istifadə etmək istəsə, o insanlar öz cəzasını alacaq. Təxribatçılar, işbazlar və dəllallar ciddi şəkildə cəzalandırılacaq.

Azərbaycanda son illər ərzində əldə edilmiş uğurları qoruyacağıq, ölkəmizin sürətli inkişafını təmin edəcəyik. İmkan verə bilmərik ki, kimsə bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etsin".

Tarix
2016.01.18 / 15:25
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla