Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2018


"Texnikabank"ın məsələsi Milli Məclisdə qaldırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmira Axundova: "Əhalinin əmanətləri qaytarılmalıdır"

Milli Məclisin iclasında çıxış edən deputat Elmira Axundova bankları ciddi tənqid edib.

Teleqraf.com-un xəbərinə görə, millət vəkili xüsusilə "Texnikabank"ın öz müştərilərini aldatdığını, əmanətlərini qaytarmadığını vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyev son müşavirə zamanı iqtisadi blokla bağlı ciddi tapşırıqlar verib:

"Prezident bəyan etdi ki, sosial durum əsas olacaq. Əhali prezidentin bu çıxışını müsbət qarşılayıb. Fikrimcə, bəzi məsələlərə yenidən baxılmalıdır. Bank sisteminə yaradılan inamsızlıq aradan qaldırılmalıdır. Ajiotaja görə bütün məsuliyyəti əhalinin üzərinə atmaq olmaz. Əhali banklara inanırdı. Bəzən evini satıb banka qoyurdu ki, əlavə gəlir əldə etsin. "Texnikabank"da xoşagəlməz proseslər baş verdi. Hətta bu proseslər həbslərin aparılması ilə nəticələndi. Sıravi insanlar bundan ziyan çəkməməlidir. "Texnikabank"da əhalinin əmanətlərini hələ də qaytarmayıblar. Üstəlik, pulun dəyəri əvvəlki illərlə müqayisədə düşüb. Zərərçəkənlərin pulları qaytarılmalıdır".

Deputat qeyd edib ki, dollar alış-satışı ilə bağlı problemlər var:

"Qara bazarda dollar satırdılar. Mən özüm banka getdim, amma dedilər, dollar yoxdur. Səbəbini soruşanda dedilər ki, Milli Bank məzənnəni elan etsə də, dollar satmayıb. Amma qara bazarda dollar satırdılar. Bundan kim qazandı? Təbii ki, 4-5 nəfər. "Bank of Azərbaycan" bağlanıb. Orada olan əmanətlərin taleyi "Texnikabank"da olan əmanətlərin taleyi kimi olmayacaqmı? Bunlar ciddi məsələlərdir. Buna əncam çəkilməlidir".

Tarix
2016.01.19 / 13:38
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qərbin Türkiyə planı: Ya Ərdoğan getməlidir, ya da...

Paşinyan İrana niyə gedir? – Tehrandan yeni xahiş...

Əbülfəz Elçibəy yaşasaydı... - Bu gün

Sən xərçəngə qalib gəlmək gücündəsən! - Millət vəkili

Gözlər Türkiyədə: Ərdoğanı “dəfn etməyə” tələsməyin – Şərh

Oğlunun xəstəliyi nazirimizin də ömrünü bitirdi - Həyat yolu

Bu aksiyalara çox böyük ehtiyac var - Millət vəkili

Azərbaycan naziri İsraildə qəflətən dünyasını dəyişdi

Buraxılış imtahanlarının nəticələri elan olundu

Ordumuzun diversiya keçirməsi ilə bağlı - Rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla