Yuxarı

Gizli görüşün daha bir detalı açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gizli görüşün daha bir detalı açıldı

"Qazprom" Gürcüstana ultimatum verib.

Axar.az xəbər verir ki, bunu "Rustavi 2" televiziyasına açıqlamasında Gürcüstanın Energetika naziri Kaxa Kaladze söyləyib. Onun sözlərinə görə, Tiflis "Qazprom"un Gürcüstana tranzitə görə ödənişi qazla yox, pulla etməsinə qəti şəkildə etiraz edib:

"Bundan sonra bizə dedilər ki, Rusiyanın Ermənsitanı İran vasitəsilə qazla təchiz etməsi üçün real imkanları var. Birinci il çətin olsa da, növbəti illərdə "Qazprom" onun öhdəsindən gələcək. Sözsüz ki, biz onların ultimatumunu nazirlikdə də analiz etdik və öyrəndik ki, "Qazprom" İran vasitəsilə Ermənistana 1 milyard kub metr qaz ötürə bilər. Onlar bir sıra investisiya həyata keçirəndən sonra erməni bazarının tələblərinə tam olaraq cavab verə biləcəklər. Bu təhlükə bizim üçün də var və energetika nöqteyi nəzərincə onun nəticələri çox ağır olacaq".

Qeyd edək ki, Tiflis "Qazprom"dan qaz alınması üçün danışıqlara başlayıb. "Qazprom"la bərabər, Gürcüstan İranla da danışıqlara start verib. Hazırda bu ölkənin qaza olan tələbatının böyük bir hissəsini Azərbaycan həyata keçirir.

Tarix
2016.01.20 / 13:55
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla