Yuxarı

Dünya 20 Yanvar-ı anır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar dünyanın bir çox nöqtəsində tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, bu çərçivədə Vyetnamın Xarici Dillər və Beynəlxalq Münasibətlər Universitetində mühazirə təşkil edilib.

Ölkəmizin Vyetnamdakı səfiri Anar İmanov 1990-cı il yanvarın 20-də sovet qoşunlarının azadlıq uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı törətdiyi qanlı hadisələr barədə məlumat verib.

A.İmanov, həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti barədə məlumat verib, Xocalıda törədilmiş vəhşiliklərdən söz açıb.

***

20 Yanvar faciəsinin 26-cı ildönümü Tehranda da anılıb.

Əvvəlcə 20 Yanvar hadisələri zamanı həlak olmuş şəhidlərin ruhuna dualar oxunub, sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov hadisə ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirdə İran Xarici İşlər Nazirliyinin MDB və Qafqaz ölkələri üzrə idarəsinin rəisi Qulamrza Qılıcxan, Qafqaz Müsəlmanları İdarəsinin İran nümayəndəliyinin rəhbəri Şamil Ələsgərov, Tehran ictimaiyyətinin nümayəndələri iştirak edib.

***

Azərbaycanın İspaniyadakı səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Mərasimdə İspaniyada fəaliyyət göstərən diplomatik qurumların və xarici təşkilatların nümayəndələri, ispaniyalı tələbələr, hökumət nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar və iş adamları iştirak ediblər.

***

Azərbaycanın Özbəkistandakı səfirliyində 20 Yanvar qurbanları yad edilib.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

***

20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi Azərbaycanın Kanadadakı səfirliyində də təkil olunub.

Səfirlikdən verilən məlumata görə, mərasimdə Ottava şəhərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

***

İslamabadda nəşr olunan "Diplomatik Star" jurnalında 20 Yanvar faciəsi ilə bağlı tədqiqatçı Sabah Aslamın "20 Yanvar – Bir gün necə dönüş nöqtəsi olub" adlı məqaləsi nəşr olunub.

Müəllif 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ətraflı təsvir olunub, sovet ordusu əsgərlərinin törətdiyi vəhşiliklərdən bəhs edib.

***

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar İndoneziyanın nüfuzlu "The Jakarta Post" qəzetində də məqalə dərc edilib.

"İşğalçı zülmə bəraət qazandırmağa cəhd etdiyində" adlı məqalədə SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun hadisələrlə bağlı 1995-ci aprelin 27-də İstanbulda etdiyi etirafdan sitat gətirilir: "Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi".

Tarix
2016.01.20 / 16:53
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla