Yuxarı

Siyavuş Novruzovdan maraqlı təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siyavuş Novruzovdan maraqlı təklif

"Bələdiyyə üzvləri ilə yanaşı, sədri də vətəndaşlar seçməlidirlər".

"Axar.az" "AzNews.az"a istinadən məlumat verir ki, bu təkliflə Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov çıxış edib.

O deyib ki, bu məsələ ilə bağlı müvafiq qanunvericiliyə də dəyişikliklər edilməlidir:

"Dünyada ən asan bələdiyyə seçkiləri Azərbaycanda keçirilir. Bir namizədin irəli sürülməsi üçün 10-15 nəfərin imzası yetərlidir. Hazırda bələdiyyə sədrini bələdiyyə üzvləri öz aralarından seçirlər. Əslində bu, düzgün deyil. Yaxşı olar ki, seçicilər bələdiyyə üzvlərini seçdikləri kimi, bələdiyyə sədrini də seçsinlər. Çünki bu həmin bələdiyyə sədrləri qarşısında məsuliyyət yaradar. Bu həm bələdiyyə sədrinin işini asanlaşdırar, həm də onun vətəndaşlarla birbaşa əlaqələrində problemlərin qarşısını alar".

S.Novruzov həmçinin səyyar qəzet satışı ilə bağlı müxalifət mətbuatında yayılan məlumatlara da münasibət bildirib:

"Bu gün Bakıda müasir standartlara cavab verən bir çox köşklər quraşdırılıb. Vətəndaş həmin köşklərdə istənilən qəzeti rahat şəkildə ala bilər. Ona görə də burada heç bir problem yoxdur. Kiminsə qəzeti satılmırsa, bunun problemini köşklərdə yox, onun məzmunda, mahiyyətdə axtarsınlar. İnsanlar üçün maraqlı nəsə varsa, bunu mütləq tapacaqlar. Ona görə də qəzetləri daha oxunaqlı və maraqlı dərc etmək lazımdır".

Tarix
2014.02.03 / 14:11
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla