Yuxarı

“Ermənilər Bakıda bunu görəndə təəccübləndilər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ermənilər Bakıda bunu görəndə təəccübləndilər”

Xalq diplomatiyası çərçivəsində ermənilər Azərbaycana gələrkən Bakıdakı erməni kilsəsini görəndə təəccüblənmişdilər ki, Azərbaycanda erməni dilində kitablar, materiallar səliqə-sahmanla qoruyub saxlanılır. Onlar Moskvaya zəng vurub deyirdilər ki, mən Bakıda filan qiymətli əlyazmanı gördüm. Bu, Azərbaycan xalqının dini, mənəvi və intellektual dəyərlərə verdiyi qiymətin nümunəsidir.

APA-nın məlumatına görə, bunu millətlərarası, multikulturalizm və dini tolerantlıq üzrə dövlət müşaviri Kamal Abdulla deyib.

O bildirib ki, Azərbaycanda ermənifobiya yoxdur: "Azərbaycanda ermənifobiyanın olmadığını dünya yavaş-yavaş başa düşməkdədir. Biz ermənifobiya ilə yaşamadığımızı hər addımımızda göstəririk. Bizdə ermənifobiya yoxdur".

K.Abdulla əlavə edib ki, xalq diplomatiyasının davamı maraqlı ola bilərdi:

"Üçüncü ölkələr də bunu davam etmək istəyirdilər. Amma ermənilər bundan imtina etdilər. Azərbaycan xalqının ermənilərlə birgə yaşamaq potensialı var. Münaqişənin sülh yolu ilə həll olunması potensialı bitməyib. Biz sülhün tərəfdarıyıq".

Tarix
2016.01.22 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla