Yuxarı

Azay Quliyev: “Bu, riyakarlığın ən son pilləsidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azay Quliyev: “Bu, riyakarlığın ən son pilləsidir”

ATƏT-in Minsk Qrupunun həmsədrləri- amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryun dünən yaydıqları bəyanatla özlərinin əsl mahiyyətlərini bir daha nümayiş etdirdilər.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Azay Quliyev açıqlama verib. Deputat bildirib ki, həmsədrlər münaqişənin həllində deyil, onu öz monopoliyalarında saxlamaqda daha çox maraqlı olduqlarını yenidən təsdiq etmiş oldular:

"Üçlük AŞPA-nın gələn həftə keçirilən sessiyası zamanı Robert Volterin müəllifi olduğu "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması", Militsa Markoviçin müəllifi olduğu "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarının müzakirəsindən narahat olduqlarını ifadə ediblər. Hər iki hesabat Azərbaycanın ədalətli mövqeyini birmənalı dəstəklədiyindən Ermənistanı çox ciddi narahat edir. Minsk Qrupunun həmsədrləri Ermənistanı belə bir çətin vəziyyətdən çıxarmaq üçün tam heyətdə səfərbər olublar. Belə ki, üçlük (indiki halda bunlar daha çox üç muşkutyoru xatırladır) hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi başqa müstəvidə və onların iradəsindən kənar müzakirə edilə bilməz. Bununla həmsədrlər münaqişənin həllində deyil, onu öz monopoliyalarında saxlamaqda daha çox maraqlı olduqlarını yenidən təsdiq etmiş oldular".

A.Quliyevin sözlərinə görə, ABŞ, Fransa və Rusiyanın Ermənistanı müdafə etməsi və status kvonun dəyişilməsi üçün heç bir əməli addım atmaması Azərbaycan üçün yeni hadisə deyil:

"Ancaq işğalçıya dəstəyin belə açıq formada ifadə edilməsi siyasi riyakarlığın ən son pilləsidir. Həmsədrlərin Ermənistanın lobbiçiləri səviyyəsinə endiyini görmək bu qurum adına ən böyük rəzalətdir".

Tarix
2016.01.23 / 12:01
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla