Yuxarı

İrandan Bakı ilə bağlı Obrayenə sərt cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan Bakı ilə bağlı Obrayenə sərt cavab

Amerikalılar onlara aid olmayan məsələlərə müdaxilə edirlər.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani deyib.

“İranın region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığı davam edir və amerikalıların İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur. Amerikalılar regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən nəticə çıxarmalıdırlar”, - o bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen noyabrın 15-də bildirib ki, Ermənistan ərazisində istənilən dəhliz yalnız İrəvanın razılığı ilə yaradılmalıdır. Güc tətbiq etməklə və ya İranın iştirakı ilə istənilən digər variant (Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizin İrandan keçməsi ilə bağlı Bakı və Tehran arasında saziş imzalanıb və hazırda icra edilir – red. ) həlledici cavabla üzləşəcək.

Tarix
2023.11.20 / 15:25
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla