Yuxarı

Ərdoğan TŞ-ni topladı: Qafqazda sülh müzakirəsi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan TŞ-ni topladı: Qafqazda sülh müzakirəsi...

09:26

Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqazla bağlı son durum müzakirə olunub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair açıqlamada bildirilib.

Qeyd olunub ki, Azərbaycan – Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnməsi və Ermənistanla münasibətlərimizin normallaşması ilə bağlı məsələlərlə yanaşı, qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdləri də qiymətləndirilib.

“Biz Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin sülh və rifahına töhfə verəcək daimi sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcəyik”, - açıqlamada vurğulanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçirilən toplantıda Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə də müzakirə olunub.

Tarix
2023.11.29 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla