Yuxarı

Bakıda NATO-nun təlimi başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, yanvarın 26-dan Bakıda Müttəfiq Dəniz Qüvvələrinin Qərargah rəisi vitse-admiral Corco Latsionun rəhbərlik etdiyi Mobil Təlim Qrupu tərəfindən "Hərbi Dəniz Qüvvələri standartları" mövzusunda təlim kursu başlayıb.

Axar.az Müdafiə Nazirliyin saytına istinadən xəbər verir ki, kurs müddətində iştirakçılara "Hərbi Dəniz Qüvvələrinin fəaliyyət istiqamətləri", "Əməliyyat İmkanları Konsepsiyası Proqramının elektron məlumat bazası", "NATO Hərbi Dəniz Qüvvələri standartlarına müvafiq sənədlərlə tanışlıq", "Sertifikatlaşdırma prosesi", "Təlimin planlaşdırılması" və s. mövzular üzrə məruzələr təqdim olunacaq.

Vitse-admiral C.Latsionun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Hərbi Dəniz Qüvvələrinin yeni bazasında və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində görüşlər keçirib.

Təlim kursu yanvarın 28-dək davam edəcək.

Tarix
2016.01.26 / 19:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla