Yuxarı

İrəvanın 8 kəndimizi qaytarma şərti - Erməni KİV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın 8 kəndimizi qaytarma şərti - Erməni KİV

30 noyabrda Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının sərhəddə keçirilən 5-ci iclası ilə bağlı bəzi yeni təfərrüat yayılıb.

Axar.az xəbər verir ki, erməni mediası görüşdə Ermənistan tərəfdən Baş nazirin müavini Mger Qriqoryanla yanaşı, Kadastr Komitəsinin rəis müavini və MTN əməkdaşlarının da iştirak etdiyini bildirib.

Görüş sərhəddə yerləşən çadırda baş tutub – hansısa binada deyil.

Erməni mediası anklavlar məsələsinin də müzakirə edildiyini, onların qaytarılması istiqamətində razılıq olduğunu yazıb. Buna Nikol Paşinyanın “Ermənistanın 29 800 kilometr ərazisinə Sovet dövründə Azərbaycana məxsus olan anklavlar daxil deyil” fikirləri əsas kimi göstərilib.

Həmçinin Ermənistan parlamentinin sədri Alen Simonyanının bir neçə gün öncəki açıqlamasına da yer verilib: “İrəvan Başkəndi almaq müqabilində Sovet dövründə mövcud olan anklavları Bakıya qaytarmağa hazırdır”.

Tavuş qubernatoru isə anklavlarla bağlı 30 noyabrda heç bir razılıq əldə edilmədiyini açıqlayıb:

“Məndə olan məlumata görə, hələlik heç bir razılaşma yoxdur”.

Tarix
2023.12.02 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla