Yuxarı

Qarabağ problemi həllini tapa bilər – Mühüm səfər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ problemi həllini tapa bilər – Mühüm səfər

Dağlıq Qarabağ məsələsində Moskva ilə Tehranın mövqeləri üst-üstə düşərsə, onda tənzimləmə prosesi köklü sürətdə dəyişilə bilər.

Bu sözləri politoloq Tofiq Abbasov Axar.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, həm Rusiyanın, həm də İranın Ermənistana təsir rıçaqları kifayət qədərdir:

"Ermənistan bu haqda kifayət qədər məlumatlıdır. Bölgədəki ümumi vəziyyət kontekstində Qarabağ münaqişəsinin həlli üçün münasib şərait yaranarsa, İrəvan araya çaşqınlıq sala bilməyəcək. Ermənistan bölgədə tutduğu mənfur və təhlükəli mövqeyə görə təkcə Azərbaycan və Türkiyə üçün risklər yaratmır, eyni zamanda, ümumi proseslərin rahat həllində artıq əsas maneəyə çevrilib. İranın qlobal sistemə qayıdışı və dolğun iqtisadi münasibətlər yaratmaq üçün artan imkanları vacib pozitiv amilə çevriləcək. Hazırda Moskva ilə Tehran arasındakı siyasi dialoq yüksək səviyyədədir. İki dövlət Tehranın nüvə problemi ətrafındakı məsləhətləşmələrdə mühüm rol oynayıblar. İndi isə tərəflər arasında olan anlaşma mühiti imkan verir ki, Qarabağ münaqişəsinin açarı onların səyləri ilə tapılsın. Azərbaycan həm Rusiya, həm də İranla müsbət münasibətlər qurub. Üçlük arasında mübadilə və əməkdaşlıq potensialı hələ tam işlənməyib. Hətta bu yaxınlarda Azərbaycan prezidentinin İrana səfəri də gözlənilir. İki böyük bölgə lideri üçün bundan sonra vacib olacaq ki, daha bir böhran həllini tapsın. Bunun üçün imkanlar var".

Qeyd edək ki, Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin özünün iranlı həmkarı İbrahim Rəhimpurla Dağlıq Qarabağ konfliktini müzakirə ediblər. Bundan öncə isə İran Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ konflikti üzrə vasitəçiliyə hazır olduğunu bəyan edib.

Tarix
2016.01.27 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukraynaya dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla