Yuxarı

Bakı meydanda qalib idi, ancaq savaşı dayandırdı – Çirielli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı meydanda qalib idi, ancaq savaşı dayandırdı – Çirielli

İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyev döyüş meydanında qalib gəlməsinə baxmayaraq, Azərbaycan əməliyyatları dayandırdı və bununla da məsələnin sülh yolu ilə həllini tapmağa imkan verdi, habelə son üç il ərzində problemi danışıqlar yolu ilə həll etməyə çalışdı.

Axar.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli “Formiche” qəzetinə müsahibəsində deyib.

“Təəssüf ki, Avropada həmişə erməni revanşizmini və erməni millətçiliyini qızışdıran, obyektiv olaraq beynəlxalq hüquqda belə nəzərdə tutulmayan məsələlərdə İrəvanı çaşdıranlar oldu”, - o bildirib.

Nazir müavini vurğulayıb ki, Ermənistan tərəfindən aparılmış müharibə, 30 il davam etmiş işğal beynəlxalq hüququ açıq şəkildə pozub və Ermənistan da bunu dolayı yolla qəbul edib. Halbuki Ermənistan gərginliyi başqa cür və daha əlverişli yolla aradan qaldıra bilərdi. Lakin Ermənistan hökumətlərinin düşüncəsizliyi BMT qətnamələrinə əsaslanaraq Azərbaycanın bu məsələni özünün həll etməsinə gətirib çıxardı.

Tarix
2023.12.03 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla