Yuxarı

Axundovla bağlı qərar: “zərərçəkənin” qızı İrəvanı ifşa etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Axundovla bağlı qərar: “zərərçəkənin” qızı İrəvanı ifşa etdi

Ermənistanda hərbi əsir kimi saxlanılan Hüseyn Axundov barəsində bu gün ikinci instansiya məhkəməsinin ömürlük cəza çıxarması haqda guya əsgərimizin “qətlə yetirdiyi” iddia edilən Meliksetyanın qızı Ani Meliksetyan maraqlı açıqlama verib.

Axar.az xəbər verir ki, erməni mediasına danışan Ani əslində İrəvanın bu qərarının siyasi olduğunu ifşa edib.

O qeyd edib ki, onlara qəfil zəng edilib və şikayətləri ilə bağlı Apellyasiya Məhkəməsində iclasın bu gün keçiriləcəyi bildirilib:

“Məhkəmə iclası bizsiz keçirdi və həmin qatilə ömürlük həbs cəzası verdi. Bəli, bizim məhkəmədən tələbimiz qanuni və ədalətli hökm çıxarılması idi. Amma məhkəmə iclasının gününün dəyişdirilməsi, iclasın çox tez təyin olunması, bizim iştirakımız olmadan məhkəmə iclasının keçirilməsi, nəticədə ömürlük həbs cəzası çıxarılması… Ümid etmək istəyirəm ki, bütün bunlar hiyləgər oyun deyil. Ümumiyyətlə, bəli, biz ömürlük həbs tələb etmişik, amma onu da bilirik ki, məhbusların dəyişdirilməsi məsələsi var”.

Jurnalist Axundovun Bakıda istintaqı gedən Qarabağın “hərbi-siyasi rəhbərliyi, keçmiş prezidentləri, generalları, yüksək rütbəli məmurları ilə” mübadiləsi məsələsinə zərərçəkənin hüquqi varisinin münasibətini öyrənib və bununla da əslində Ermənistan hakimiyyətinin niyyətini ortaya qoyub.

Buna cavab olaraq isə Ani deyib ki, mübadilə haqda ailənin xəbəri olmadan kimsənin qərar verməyə mənəvi haqqı yoxdur.

Göründüyü kimi, Ermənistanın Axundova ömürlük cəza verməklə, onu Azərbaycanda həbsdə olan və yaxud istintaqı aparılan hansısa cinayətkarla mübadilə subyektinə çevirdiyini ermənilər özləri də etiraf edirlər.

Tarix
2023.12.06 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla