Yuxarı

İrəvan: Onlar Bakı ilə birbaşa dialoqumuzun əleyhinədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan: Onlar Bakı ilə birbaşa dialoqumuzun əleyhinədir

Daşnaksütyun Partiyasının Azərbaycanla münasibətlərin tənzimlənməsinin ikitərəfli formatında təhlükə görməsi təəccüblü deyil.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin Aparat rəhbərinin müavini Taron Çaxoyan Feysbuk səhifəsində yazıb.

“Daşnakların fikrincə, Ermənistan Azərbaycan və Türkiyə ilə dolayı dialoq aparmalıdır ki, vasitəçi ilk növbədə öz maraqlarını irəli sürüb, İrəvanı kölgədə qoysun. Xarici maraqlara xidmət edən bu qrupdan fərqli nə isə gözləmək ən azı sadəlövhlük olardı. Eyni məntiqlə onlar Azərbaycanla 30 il danışıqlar aparıblar. Sərkisyan isə qürurla bəyan edib ki, Qarabağ məsələsində Azərbaycanla deyil, beynəlxalq ictimaiyyətlə danışıqlar aparır. Bu da 2018-ci ildə danışıqlar prosesində durğunluğa səbəb oldu və sonrakı münaqişənin xəbərçisinə çevrildi. Təsəvvür edin ki, daşınmaz əmlak və ya digər əmlak almaq üçün əməliyyat etmək istəyirsiniz, sahibkarla birbaşa işləyəcəksiniz, yoxsa öz maraqlarını güdən vasitəçi ilə? Onu da nəzərə almaq lazımdır ki, daşnakların təklif etdiyi vasitəçi Ermənistanın dövlətçiliyini pozmağa meyillidir”, - o bildirib.

Tarix
2023.12.08 / 15:33
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla