Yuxarı

Mərdanov və Mirşahinə qarşı sui-qəsd hazırlanıbmış - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərdanov və Mirşahinə qarşı sui-qəsd hazırlanıbmış - Video

Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən bir qrup şəxsin cinayət işi üzrə araşdırma aparılarkən onların ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsd planlaşdırdıqları da məlum olub.

Axar.az xəbər verir ki, onlar arasında keçmiş təhsil naziri Misir Mərdanov və Real TV-nin rəhbəri Mirşahin Ağayev də var.

İstintaq artıq bu şəxsləri zərəçəkmiş kimi tanıyıb.

Təqsirləndirilən Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası dekabrın 13-də keçiriləcək.

İclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277, 278.2-ci maddələri ilə ittiham irəli sürülüb.

İddia olunur ki, həmin şəxslər Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar.

Tarix
2023.12.10 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla