Yuxarı

İranla Fransa arasında gizli razılıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görünür, İranla Fransa sazişlər üzərində sanksiyalar dövründən bəri qapalı şəkildə hazırlaşıblar.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. O, İran Prezidenti Həsən Ruhaninin Fransaya səfərini şərh edib:

"Parisdə 20 saziş imzalanıb. Fransanın "Total" şirkəti xam neftin alışına dair İranın NIOC şirkəti ilə saziş imzalayıb. "Airbus" şirkəti İrana 118 sərnişin təyyarəsi satacaq, eyni zamanda, "Vinci" şirkəti ilə İran arasında Məşhəd və İsfahandakı hava limanlarının yeni terminallarının tikintisi və istismarına dair razılıq əldə edilib. Bundan başqa, "Bouygues" şirkəti Tehrandakı "İmam Xomeyni" hava limanının yeni terminalının inkişafı layihəsi üzrə razılaşma əldə edib. Maraqlıdır, qısa müddətdə İranla Fransa arasında bu qədər saziş mətni necə razılaşdırıldı? Belə sazişləri adətən illərlə hazırlayırlar. Demək, hər iki ölkə sazişlər üzərində sanksiyalar dövründən bəri qapalı şəkildə hazırlaşırmışlar. Bəs Tehran niyə Fransaya üstünlük verdi? Görünür, bu, həm də iranlıların Fransa sevgisi ilə bağlıdır. Şahın düşməni, islam inqilabının ideya daşıyıcısı Xomeyni də son mühacirət yeri kimi Parisi seçmiş, elə ölkəsinə də məhz Fransanın mülki təyyarəsi ilə qayıtmışdı".

Tarix
2016.01.30 / 09:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla