Yuxarı

Millət vəkili: “Bizi ən çox bu ölkə təəccübləndirdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili: “Bizi ən çox bu ölkə təəccübləndirdi”

AŞPA-da "Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və digər ərazilərində vəziyyətin gərginləşməsinə dair" sənədin səsverməsi zamanı bizi ən çox təccübləndirən və narahat edən ölkələrdən biri Slovakiya oldu.

Axar.az xəbər ki, bu haqda millət vəkili Qənirə Paşayeva açıqlama verib. Deputat bildirib ki, Slovakiyanın nümayəndə heyətinin üzvləri nəinki Azərbaycanı dəstəkləmədilər, hətta ölkəmizin əleyhinə səs verdilər:

"Hesab edirəm ki, Xarici İşlər Nazirliyimiz Slovakiyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə bu cür münasibətini ciddi şəkildə araşdırmalıdır. Bu ölkənin Azərbaycandakı səfiri nazirliyə dəvət olunmalıdır. Eyni zamanda, bizim Slovakiya üzrə səfirimizlə də bu məsələ ciddi müzakirə edilməlidir və baş verənlərin səbəbləri araşdırılmalıdır. Slovakiyanın AŞPA-da Azərbaycan üçün çox önəmli bir sənədin əleyhinə səs verməsi çox ciddi məsələdir və rəsmi olaraq Nazirlik səviyyəsində və Milli Məclis səviyyəsində Slovakiyaya bu məsələ ilə bağlı etirazımızı da bildirməliyik. Ən əsası isə Slovakiya ilə bu mövzularla bağlı həm səfirliyimiz səviyyəsində, həm də parlamentlərarası dostluq qrupu səviyyəsində işlər daha da güclənməlidir"

Tarix
2016.01.31 / 19:50
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla