Yuxarı

Nazir: "Bundan maksimum yararlanmaq lazımdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir: "Bundan maksimum yararlanmaq lazımdır"

Balakənin çox böyük potensialı, perspektivi var. Ona görə ki, bu rayon həm gözəl təbiətə malikdir, həm də faydalı qazıntılarla, meşə örtüyü, dərman bitkiləri, xammal ehtiyatları ilə zəngindir. Bu zənginlikdən maksimum yararlanmaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Energetika naziri Natiq Əliyev Balakəndə ictimaiyyət nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində söyləyib:

"Bir neçə il əvvəl də burada olmuşam. Lakin hazırda Balakən tamamilə dəyişib. Şəhərdə yeni prospektlər salınıb, bir-birindən yaraşıqlı binalar tikilib. Bütün bunlar dövlətimizin başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub".

Dünyanı bürüyən iqtisadi böhrandan xilas olmaq üçün dövlət tərəfindən bürün zəruri tədbirlərin görüldüyünü vurğulayan Natiq Əliyev qeyd edib ki, bütün bunlarla yanaşı, əhali də təşəbbüskarlığı artırmalı, problemlərin həllində dövlətə yardım etməlidir: "İndiki mürəkkəb şəraitdə bütün imkanlar səfərbər olmalıdır. Biz inamla inkişafa doğru gedirik və buna nail olacağıq".

Tarix
2016.02.02 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla