Yuxarı

“Bu, Rusiya üçün çox vacib bir piardır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu, Rusiya üçün çox vacib bir piardır”

Türkiyə ilə yaşanan hazırkı gərginlik və ikinci dəfə sərhədlərin pozulması fonunda aparılan müharibə təbliğatı Rusiya üçün çox vacib bir piardır.

Bu barədə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Axar.az-a açıqlamasında bildirib.

Politoloq Rusiya-Türkiyə müharibəsinin başlaması ilə bağlı səsləndirilən fikirlərin qeyri-ciddi olduğunu deyib:

"Hazırda iki ölkə arasında davam edən bu proses Rusiya üçün çox vacib bir piardır. Xüsusilə də Ukrayna və Suriya uğursuzluğunu arxa plana keçirmək, ölkədəki sosial-iqtisadi durumu diqqətdən kənar saxlamaq üçün daha çox xarici təhlükə amilini qabartmağa ehtiyac var. Müharibə ehtimalından yalnız təbliğat vasitəsi kimi istifadə olunur. Hesab etmirəm ki, iki ölkə arasındakı vəziyyət bundan o tərəfə keçə bilsin. Təbii ki, burada bəzi diqqət çəkən məqamlar var - məsələn, Rusiyanın bir müddət öncə Su-35S təyyarələrini Suriyaya göndərməsi kimi. Ancaq bundan əvvəl Rusiya Suriyaya daha təhlükəli, Tu-160 ağır bombardmançı və silah daşıyan təyyarələri göndərmişdi. Bütün bunların o demək deyil ki, iki ölkə arasında müharibə ola bilər. Zənnimcə, yaxın zamanlarda bu böhran çözüləcək".

Qeyd edək ki, Rusiyanın Su-34 bombarmançısı yanvarın 29-da Türkiyənin hava məkanını pozub.

Tarix
2016.02.04 / 10:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla