Yuxarı

Tələbələri narahat edən xəbərə nazirlikdən açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbələri narahat edən xəbərə nazirlikdən açıqlama

Tələbələr arasında yayılmış xəbərə əsasən bu ildən etibarən kəsiri olan tələbələr alt qruplarda oturmaq üçün əlavə ödəniş etməli olacaqlar.

"Qafqazinfo" Təhsil Nazirliyinə xəbərin nə dərəcədə doğru olub olmaması ilə bağlı sorğu ünvanlayıb. Nazirliyin xəbərlə bağlı açıqlamasını təqdim edirik:

Akademik borcu olan tələbələr movcud alt qruplarında dərslərini davam etdikləri halda ödəniş etməməlidir. Yeni qrup yarandıqda və ya yay məktəblərində tədris təşkil olunduğu halda ödəniş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 4.3.-cü bəndinə uyğun həyata keçirilir.

Həmin bənddə qeyd olunur ki, "Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir".

Tarix
2014.02.05 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla