Yuxarı

Rövnəq Abdullayev yanğın baş verən özüldə - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rövnəq Abdullayev yanğın baş verən özüldə - Video

18:41

Fevralın 12-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Günəşli" yatağındakı 10 nömrəli dərin dəniz özülündə (DDÖ) olub.

Axar.az SOCAR-ın saytına istinadən xəbər verir ki, əvvəlcə özülün yanğın söndürüldükdən sonrakı vəziyyətinə baxış keçirilib.

Əsas istehsal qurğu və avadanlıqların, həmçinin quyuların vəziyyəti haqqında şirkətin prezidentinə ayrı-ayrılıqda məruzə edilib.

Sonra SOCAR-ın aidiyyəti rəhbər işçilərinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib.

SOCAR-ın prezidenti yanğının söndürülməsindən sonra özüldə qəzanın nəticələrinin aradan qaldırılması qrafiki ilə tanış olub. Bu istiqamətdə aparılacaq təmir-bərpa işlərinin əsas prioritetlərini vurğulayıb.

Təhlükəsizlik qaydalarına əməl olunmasının, ekoloji məsələlərə diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılmasının və quraşdırılacaq avadanlıqların etibarlılığının mühüm əhəmiyyət daşıdığını söyləyib.

R.Abdullayev özüldə hasilat prosesinin planlaşdırılan müddətdə bərpa olunması məqsədilə görüləcək işlərdən danışıb, idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlarını verib.

Tarix
2016.02.12 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla