Yuxarı

Çavuşoğlu açıqladı: “Suriyaya girə bilərik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğlu açıqladı: “Suriyaya girə bilərik”

Səudiyyə Ərəbistanı İŞİD-lə mübarizə üçün Türkiyənin İncirlik bazasına qırıcılarını göndərəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Yeni Şəfəq" qəzetinə açıqlamasında deyib.

Çavuşoğlu Türkiyə ilə Səudiyyənin Suriyada quru əməliyyatlarına hazır olduğunu açıqlayıb:

"Türkiyə və Səudiyyə Ərəbistanı başından bəri Suriya və İŞİD-lə mübarizə məsələsində quru əməliyyatlarının tərəfdarı olub. Bütün koalisiya görüşlərində belə bir strategiyaya ehtiyac olduğunu söyləmişik. Əgər belə bir qərar verilərsə, Türkiyə və Səudiyyənin quru əməliyyatlarına qoşula biləcəyini demişik. Səudiyyə İncirlik bazasında kəşfiyyat işləri aparıb. Tezliklə İŞİD-lə mübarizə üçün qırıcılarını göndərəcək. Lazım gələrsə, əsgər də göndərəcəklərini bildiriblər".

"Səudiyyə Ərəbistanı Suriyada quru əməliyyatlarına Türkiyədən girə bilərmi", - sualına Çavuşoğlu belə cavab verib:

"Hələlik planlanmış bir şey yoxdur. Səudiyyə ilk mərhələdə qırıcılarını göndərir. Lazım olduğu zaman isə quru əməliyyatı üçün əsgər də göndərəcəklərini bildiriblər".

XİN rəhbəri Rusiyanın Suriyadakı əməliyyatlarına qarşı heç kimin səs çıxarmadığını deyib:

"Bu məsələdə ən güclü etirazı Türkiyə edir, digərləri isə səssiz qalır. Rusiyanın məqsədi bəllidir: Bəşər Əsəd. ABŞ-ın məqsədinin bu olmadığını bilirik. Əsl sual budur: Rusiyanı kim dayandıracaq? BMT yoxsa, NATO? Yoxsa ABŞ yola gətirəcək?"

Tarix
2016.02.13 / 12:09
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla