Yuxarı

Mehriban Əliyeva Münhen Konfransında – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva Münhen Konfransında – Foto

Fevralın 13-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra mövzularda müzakirələr aparılıb.

Axar.az xəbər verir ki, tədbirlərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransın "Hədsiz böhranlar, dünya nizamını pozanlar, köməksiz müdafiəçilər: dünya nizamının vəziyyəti" mövzusunda müzakirələrin aparıldığı tədbirdə iştirak edib.

NATO-nun baş katibi Yens Stoltenberqin, Rusiyanın Baş naziri Dmitri Medvedevin, Fransanın baş naziri Manuel Valsın, Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerin, ABŞ-ın dövlət katibi Con Kerrinin, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin və digər nüfuzlu şəxslərin iştirak etdikləri tədbirdə əsasən beynəlxalq təhlükəsizliyə yönələn təhdidlərin qarşısının alınması, dünyadakı münaqişə ocaqlarındakı vəziyyət və bu təhlükələrdən xilas yolları müzakirə olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə Münhen Təhlükəsizlik Konfransının gənc liderləri sırasında müzakirələrin gedişini izləyib.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq hər il Münhen Təhlükəsizlik Konfransı və Korber Fondu dünyanın müxtəlif yerlərindən olan 25 gənc liderin görüşünü təşkil edir. Gənc liderlərə Münhen Təhlükəsizlik Konfransında yüksək səviyyəli şəxslərlə debatlar aparmaq və ünsiyyət qurmaq imkanı yaradılır.

Tarix
2016.02.14 / 09:45
Müəllif
Axar.az
Digər xəbərlər

Fuad Oktay İlham Əliyevi təbrik etdi

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla