Yuxarı

Prezident: "Neftdən sonrakı dövr başlayıb"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: "Neftdən sonrakı dövr başlayıb"

Azərbaycanın enerji sektoruna xarici neft şirkətlərinin cəlb olunması müstəqilliyin gücləndirilməsi və gələcək uğurlu inkişafın təmin edilməsi məqsədi daşıyıb.

Musavat.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevə məxsus Tvitter hesabından paylaşılıb.

Prezident bildirib ki, Azərbaycan önəmli neft-qaz ixracatçısına çevrilib və əldə olunmuş gəlirləri əsasən qeyri-neft sektorunun inkişafına yönəldib.

Ölkə başçısı "Son illər Azərbaycanın neft amilindən asılılığı əhəmiyyətli dərəcədə azalmış, ÜDM istehsalında neftin payı 30 faizə enmişdir" - deyə yazıb.

Prezident İ.Əliyev onu da qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, özəlləşdirmə, biznes mühitinin yaxşılaşdırılması da daxil olmaqla, irimiqyaslı islahatlar həyata keçirilir.

Dövlət başçısı "Azərbaycan üçün neftdən sonrakı dövr artıq başlanmışdır. Dayanıqlı inkişaf bizim məqsədimiz və hədəfimizdir"- deyə vurğulayıb.

"Qarşıdan gələn illərdə nəzərdə tutulmuş planlar uğurla həyata keçirilərsə, Azərbaycan neftdən asılılığı tamamilə aradan qaldıracaqdır" - deyə Prezident İ.Əliyev əlavə edib.

Prezident qeyd edib ki, Cənub Qaz Dəhlizi sayəsində Avropanın enerji mənbələri şaxələndiriləcək, onminlərlə yeni iş yeri yaranacaq.

Prezident İ.Əliyev "Təkcə Azərbaycan deyil, BMT başda olmaqla, dünyanın aparıcı təşkilatları Ermənistanı işğal faktına görə günahlandırırlar" - deyə vurğulayıb.

Sonda dövlət başçısı Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsinin vacibliyini də xüsusi olaraq, qeyd edib: "Azərbaycan erməni xalqını deyil, Ermənistan hökumətini Xocalı soyqırımını törətdiyinə görə ittiham edir.

Ermənistan öz doğma torpaqlarında qaçqına çevrilmiş bir milyon qaçqın və məcburi köçkünün iztirabına görə günahlandırılır.

Ermənistan və Azərbaycan arasında etimadın artırılması və əməkdaşlığın qurulması üçün ilk növbədə torpaqlar işğaldan azad edilməlidir".

Tarix
2016.02.15 / 20:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla