Yuxarı

Prezidentin tvitləri Türkiyə mediasında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin tvitləri Türkiyə mediasında

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Twitter hesabında rüşvətə və korrupsiyaya qarşı müharibə elan etdiyini yazıb.

Bu barədə Doğan Xəbər Agentliyi məlumat yayıb ("Aznews.az"). Məlumatı görə, Əliyev "Azərbaycanda Korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır " deyərək, başladığı twetlərini sərt ifadələrlə davam edib. Korrupsiyaya və rüşvətə qarşı önümüzdəki illərdə böyük cəzalar tətbiq ediləcəyini yazan Əliyev, 5 il içində Azərbaycanın korrupsiya ilə mübarizədə nümunə ölkə olmasının qarşıya qoyulduğunu yazıb. Agentliyin yazdığına görə, Əliyevin bu səhər bir-birinin ardınca yazdığı Twitləri agentlik belə təqdim edib:

- Bütün dövlət məmurları elə çalışmalıdır ki dövlət və xalq qarşısında alnı açıq , üzü ağ olsunlar. Məmurlar məsuliyyətlərini bilməlidirlər ... "Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidir?

- Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Dövlət məmuru rüşvət almamalı ...

- hər bir dövlət məmuru təmiz işləməlidir , xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət götürməməlidir, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və vətənə sadiq, sədaqətli olmalıdır. Rüşvət alanlar CİDDİ ŞƏKİLDƏ cəzalandırılacaq.

- Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax , budur əsas prinsip. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsipə əməl etsin.

- Növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. AZƏRBAYCAN 5 İL İÇİNDƏ NÜMUNƏ ÖLKƏ OLMALIDIR.

- Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır.

Tarix
2014.02.06 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla