Yuxarı

İmamın həbs xəbəri yalan çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmamın həbs xəbəri yalan çıxdı

"Mənim həbsim və MTN əməkdaşları tərəfindən dindirilməyimlə bağlı yayılan xəbərlər cəfəngiyyatdır".

Bu sözləri "Axar.az"a açıqlamasında Müşfiqabad məscidinin imam-camaatı Mübariz Qaçayev dedi. Onun sözlərinə görə, ANS televiziyasında efirə gedən bəlli süjetdən sonra bu cür uydurma söz-söhbətlər tez-tez yayılır:

"Ancaq hamı bilməlidir ki, Azərbaycanın güclü dövlətçiliyi var və hüquq-mühafizə orqanları yüksək səviyyədə işləyirlər. Əgər bizim əməlimizdə dövlətə, dövlətçiliyə, haqqa qarşı hər hansı bir əməl olsaydı, hüquq-mühafizə orqanları çoxdan tədbir görərdilər".

M.Qaçayev hazırda məsciddə olduğunu söylədi. O bir daha təkrar etdi ki, onların işi Allaha ibadətdir və Allahın kəlamlarını təbliğ etməkdir.

Xatırladaq ki, Müşfiqabad məscidinin ətrafında yaranan söz-söhbətlə əlaqədar bu gün məscidin imamı Mübariz Qaçayevin həbs olunması xəbəri yayılıb.

Tarix
2014.02.06 / 17:39
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla