Yuxarı

"Qazaxıstan Azərbaycana böyük önəm verir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qazaxıstan Azərbaycana böyük önəm verir"

Fevralın 16-da Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizə səfərə gəlmiş Qazaxıstan Baş nazirinin birinci müavini Bakıtjan Saqıntayevin rəhbərliyi ilə nümayəndə heyətini qəbul edib.

Axar.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanla Qazaxıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğunu xatırladan Baş nazir A.Rasizadə birgə iqtisadi, enerji, nəqliyyat layihələrinin uğurla həyata keçirildiyini və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulayıb. O, xüsusən nəqliyyat və energetika istiqamətlərində işbirliyinin genişləndirilməsinin günün tələbi olduğunu nəzərə çatdırıb.

Səfər müddətində Bakıda fəaliyyətdə olan və Ələtdə tikilən yeni dəniz limanlarını gəzərək görülən işlərlə, dəniz nəqliyyatı vasitəsilə ticarət və yüklərin daşınması sahəsində potensial imkanlarla yaxından tanış olduğu barədə ətraflı məlumat verən Qazaxıstan Baş nazirinin birinci müavini B.Saqıntayev regionun lider dövlətinə çevrilmiş Azərbaycanla əlaqələrə böyük önəm verildiyini, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da intensivləşdirilməsinin labüdlüyü fikrinə şərik olduğunu bildirib.

Qəbulda Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi olub.

Tarix
2016.02.16 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla