Yuxarı

Atəş açan erməni postunun koordinatı... - MN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atəş açan erməni postunun koordinatı... - MN

Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsmi məlumat verib.

Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Atəşin bu koordinatlarda (40° 05' 04" N; 45° 52' 28" E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı dəqiqliklə müvafiq müşahidə vasitələri ilə təsbit edilib.

Bundan bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yayıb və bu dezinformasiyanı inandırıcı etmək məqsədilə bölmələrimizin mövqelərinin koordinatlarını da qeyd edib.

Bildiririk ki, həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş açılmayıb və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməyib", - məlumatda qeyd edilib.

Tarix
2024.02.24 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla