Yuxarı

Milli Şura sərt kadr dəyişikliyinə başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Şura sərt kadr dəyişikliyinə başlayır

Rüstəm İbrahimbəyov Milli Şuraya həmsədrlik statusunu təklif edəndən sonra Milli Şurada kadr dəyişikliyinə ehtiyac olub-olmamasıyla bağlı bir sıra fikirlər səsləndirilir.

"Axar.az"a danışan Milli Şura üzvü Rafiq Manaflı bildirdi ki, MŞ-ın heç bir tədbirində, sessiyalarında iştirak etməyənlər Şuranın sıralarından uzaqlaşdırılacaqlar.

"Milli Şuranın iclasında limit qoyuldu ki, sessiyalarda iştirak etməyənlərin Milli Şuradan çıxarılması ilə bağlı müzakirələr aparılacaq. İclaslarda iştirak etmək istəməyənləri məcburi şəkildə Milli Şurada saxlaya bilmərik. Həmçinin, Milli Şuranın sıralarına daxil olmaq üçün bir çox müraciətlər var. Müraciət edənlərin qəbul edilməsi və sıralarının genişləndirilməsi ilə bağlı məsələ qurumun iclasında müzakirə ediləcək".

Milli Şurada islahatlara ehtiyac var

Milli Şura üzvü Gülağa Aslanlı bildirdi ki, "Milli Şuranın saxlanılması, genişləndirilməsi istənilirsə, deməli, müəyyən dəyişikliklər edilməlidir. İdarəetmədən tutmuş komissiyalara qədər, təkminləşmələr aparılmalıdır. Milli Şuraya zərər vuran insanlar öz istəyləri ilə getsələr, daha yaxşı olar".

Bir olub milyonları meydana səsləməliyik

MŞ üzvü Xəzər Teyyub "Axar.az"a açıqlamasında qeyd etdi ki, "Milli Şuradan kənarda olan bir çox partiyalar var ki, seçki saxtakarlığına qarşı mübarizə aparırlar. Onlar Milli Şuraya cəlb edilməlidir. Biz bir yerdə olsaq, ölkədə gedən demokratik proseslərdə təsiredici gücə malik ola bilərik".

Tarix
2013.10.31 / 13:54
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla