Yuxarı

İrəvan Kiyevə silah verəcək, Zelenski isə... – Arkovdan şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zelenskinin qəfil Ermənistana səfər etmək istəyi 60-cı Münhen Təhlükəsizlik Konfransında Paşinyanın Ukrayna ilə münaqişədə Rusiyanın müttəfiqi olmadığını yüksək səslə bəyan etdikdən sonra ortaya çıxıb. Daha sonra “Frans 24” telekanalına müsahibəsində Paşinyan Ermənistanın KTMT üzvlüyünü dondurduğunu, eləcə də Rusiya hərbi bazasının mövcudluğunun sual olaraq qaldığını bildirib.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.

“Eyni zamanda, İrəvanın Zvartnots hava limanından Rusiya sərhədçilərinin geri çəkilməsi ilə bağlı məlumatlar ortaya çıxıb. Başa düşmək lazımdır ki, həm Zelenskinin Ermənistana dövlət səfəri etmək istəyi, həm də Paşinyanın demarşları onların şəxsi qərarları deyil, Qərb kuratorlarından ilhamlanıb. Kiyev rejimi üçün vəziyyət indi fəlakətlidir: Ukrayna ordusu bir-birinin ardınca məğlubiyyət yaşayır, ABŞ-da prezident seçkisi öncəsi daxili siyasi ziddiyyətlər Ağ Evin əlavə maliyyə yardımı ayırmasını dayandırıb və AB artıq bu yükü təkbaşına daşımaq istəmir. Üstəlik, Ukraynadakı münaqişənin nəticələri (Rusiyaya qarşı sanksiyalar və Moskvanın cavab tədbirləri) AB üzvlərinin əksəriyyətinin iqtisadiyyatını əhəmiyyətli dərəcədə sarsıdıb. Zelenskinin isə tələsik şəkildə dəstək axtardığını görürük, əlbəttə ki, maliyyə dəstəyi daha yaxşı olardı, amma silahlar da işə yarayar. Aydındır ki, böyük ölçüdə kənar dəstəklər sayəsində mövcud olan Paşinyan rejiminin özü də Zelenskiyə maddi yardım edə biləcək. İrəvanda xeyli rus və sovet silahı var. Ermənistan Ukraynaya lazım olan Rusiya istehsalı silahlar göndərə bilər. Bu, Moskva və İrəvan arasında Rusiya silahlarının yalnız “Rosoboroneksport”un razılığı ilə üçüncü tərəfə verilməsinin mümkünlüyü barədə razılaşmanın açıq şəkildə pozulmasıdır. Paşinyan bu addımı atsa, daha bir böyük axmaqlıq edəcək”, - o bildirib.

Arkov qeyd edib ki, Zelenskinin İrəvana səfəri dünya ictimaiyyətinə Moskvanın geosiyasi layihələrinin (Ermənistan KTMT və Aİİ üzvüdür) guya Kiyevin cəsarəti və qətiyyəti qarşısında iflasa uğradığını göstərmək üçün hazırlanmış siyasi təxribatdır:

“Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Valeri Lobaxın sözlərinə də diqqət çəkərdim: “Ukrayna Ermənistanı dəstəkləməyə hazırdır. Bir neçə günə görəcəksiniz. İstənilən halda ölkəmiz regionun həlli və sabitləşməsi üçün hər şeyi edəcək”. Söhbətin Ermənistan-Azərbaycan münaqişəsinin həllindən getdiyini təxmin etmək çətin deyil. Bakının İrəvanla kompromis tapmaq, sülh müqaviləsi imzalamaq üçün bütün cəhdlərinə baxmayaraq, Paşinyan rejimi bu prosesi nəinki hər cür ləngidir, hətta sərhəddə yenidən silahlı təxribatlara başlayıb. Odur ki, Kiyev emissarının İrəvandakı sözlərini Ukraynanın Ermənistanın Azərbaycan ərazisini yeni işğal etmək cəhdlərinə dəstək verməsi kimi də şərh etmək olar. Fransanın onu hücum silahları ilə gücləndirməsi boş yerə deyil və indi ABŞ da buna qoşulacaq”.

Qeyd edək ki, Zelenskinin 4 martda Ermənistana səfər edəcəyi haqda iddia yayılıb.

Tarix
2024.02.27 / 08:30
Müəllif
Ruslan, Zeynəb
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla