Bu gün saat səhər saatlarında 19-cu polis bölməsinə
dəvət edilən solçu gənc və onun otaq yoldaşı sorğu–sual edildikdən
sonra evə buraxılıb. Bu haqda "Axar.az"a açıqlamasında Ayaz Şirinov
bildirib:
"Səhər saatlarında bölməyə getdik. Bizə kitablarla bağlı suallar
ünvanladılar. Mən də verilən sualları ətraflı cavablandırdım. Onu
da qeyd edim ki, mənim otaq yoldaşım Seymur Ələkbərovun bu məsələyə
heç bir aidiyyatı yoxdur. Sadəcə, o, otaq yoldaşım olduğu üçün
bölməyə mənimlə birgə aparılmışdı".
Xatirladaq ki, oktyabrın 30-da yeddi nəfər polis əməkdaşı
A.Şirinov və S.Ələkbətovun müvəqqəti yaşadıqları mənzilə gələrək,
axtarış orderi təqdim etmədən evdə axtarış aparandan sonra gəncləri
Nəsimi rayon 19-cu polis bölməsinə aparıblar. Gənclər bölmədə bir
müddət qaldıqdan sonra sabahı gün yenidən bölməyə gəlmək şərti ilə
evə buraxılmışdılar.