Yuxarı

Ankara terrorunu İŞİD törədib – Yeni iddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara terrorunu İŞİD törədib – Yeni iddia

Dünən axşam Ankarada baş verən teraktın İŞİD tərəfindən törədildiyi istisna olunmur.

Axar.az xəbər verir ki, Türkiyə KİV-ində yayılan məlumatlara görə, terror təşkilatının türk dilində yayımlanan "Konstantiniyyə" jurnalının son sayında Türkiyə Silahlı Qüvvələri hədəf göstərilib.

Yazıda "Türkiyə ordusu NATO ilə birgə müsəlmanları öldürür" sözləri qeyd edilib. "Tağuta (şeytan – red.) söymək imanın ilk hökmüdür. Tağuta söymədən iman təmiz olmaz" sözləri ilə Türkiyə ordusuna qarşı mübarizəyə çağırış edilib.

Jurnalda türk ordusu və polisində xidmət edənlərin "kafir" olduğu qeyd olunur. Məqalənin sonunda isə "Yer üzünün bütün tağutlarına son sözümüz budur ki, artıq İslam Dövləti var, sizə rahatlıq yoxdur..." sözlərinə yer verilib.

Xatırladaq ki, "Sözcü" qəzeti 28 nəfərin həlak olduğu terroru Suriya əsilli 24 yaşlı Salih Necarın törətdiyini yazıb. Məlumata görə, PYD (PKK) döyüşçüsü olan Salih Nacar suriyalı qaçqınlarla bərabər Türkiyəyə keçib.

Tarix
2016.02.18 / 11:55
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla