Yuxarı

Komitədə Apellyasiya Şurasının ilk iclası keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitədə Apellyasiya Şurasının ilk iclası keçirildi

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanına uyğun olaraq, Dövlət Statistika Komitəsində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.

Axar.az Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun 11 fevral 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Apellyasiya Şurası haqqında Əsasnaməsi müzakirə edilib. İclasda katibliyin üzvü baş məsləhətçi-hüquqşünas Vüsalə Alıyeva Apellyasiya Şurasının vəzifələri, hüquqları, fəaliyyətinin təşkili, iclaslarının keçirilməsi qaydası, iclas protokollarının və qəbul etdiyi qərarlarına dair tələblər, həmçinin şikayətlərə dair tələblər üzrə məsələlər barədə ətraflı məlumat verib.

Bunlarla yanaşı iclasda cari fəaliyyətin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən daxil olan şikayətlərə baxılması qaydaları, araşdırma üsulları və forması, qərarların qəbulu və onların icrası, şikayətlərin təhlili və qeydiyyatı, qanunla açıqlanması qadağan edilən məlumatların qorunması, Apellyasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumatın yayılması və digər məsələlər müzakirə edilib.

İclasda şuranın üzvlərindən Rafael Suleymanov Apellyasiya Şurasının üzvlərinin hüquq və vəzifələri, şikayətin tərtib edilməsi qaydası, Qasım Əliyev şuranın iclaslarının keçirilməsi qaydası, katibliyin rəhbəri Viktoriya Muradova isə iclas protokollarının tərtib edilməsi ilə bağlı çıxış ediblər.

Sonda Apellyasiya Şurasının sədri Vahab Məmmədov şuranın səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlarını verib. Şuraya daxil olan şikayətlər üzrə araşdırma işinin hərtərəfli, obyektiv və ən qısa zamanda aparılması və müraciətlərin operativ cavablandırılması tapşırılıb.

Tarix
2016.02.19 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla