Ana səhifə Gündəm |
Türkiyə ordusu imkan verməyəcək ki, silahlı kürdlər yaxın əraziləri zəbt etsin.
Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Türkiyə paytaxtında baş verən teraktı şərh edərkən deyib. Ekspertin sözlərinə görə, Suriyadan idarə olunan plan Türkiyəni bataqlığa çəkə bilər:
"Ankarada terroru törədən şəxsin kimliyi bəlli olub. Bu terrorçu Suriya vətəndaşıdır və bu ölkədən idarə olunub. Əgər əvvəllər Türkiyə yalnız PKK ilə savaşırdısa, bundan sonra məcburdur ki, terror təşkilatının Suriyaya uzanan qolları ilə də mübarizə aparsın. Burada iki perspektiv var. Rəsmi Ankara ya quru qoşunları ilə müdaxilə edərək bufer zona yaradacaq, ya da bombardmanları intensivləşdirəcək.
İndiki halda Türkiyənin təkbaşına quru əməliyyatlarına başlaması bir qədər risklidir. Çünki koalisiya olmalıdır. Yoxsa, Türkiyəni bataqlığa çəkə bilərlər. Qardaş ölkə sanki bu mübarizədə tək qalıb, heç kimdən dəstək ala bilmir.
Fikrimcə, ikinci variant daha optimaldır. Bombardmanlar intensivləşəcək və Türkiyə ordusu imkan verməyəcək ki, silahlı kürdlər yaxın əraziləri zəbt etsin".
Tarix
2016.02.20 / 08:30
|
Müəllif
Şəmsəddin Ənsar
|