Yuxarı

Müdafiə Nazirliyində dini şöbə?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müdafiə Nazirliyində dini şöbə?

90-cı illərin əvvəlində Milli Orduda dini şöbə olub. Həmin şöbəyə Hacı Nizam adlı din xadimi rəhbərlik edib. O vaxt Müdafiə Nazirliyinin xahişi ilə Qafqaz Müsəlmanları İdarəsindən Hacı nazim ora göndərilmişdi.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Nazirliyinin rəsmisi tərəfindən orduda namaza qadağa qoyulması ilə bağlı açıqlamaya münasibət bildirərkən "Axar.az"a dedi. Onun sözlərinə görə, Hacı Nizam hərbi hissələrdə islam dininin təbliği və digər dinlərə ibadət edən insanlara müxtəlif köməkliklər göstərmək üçün komandirlərlə mütəmadı görüşürdü: "Sonradan Müdafiə Nazirliyində həmin şöbəni ixtisara saldılar".

Xatırladaq ki, müxtəlif təriqətlərə xidmət edən şəxslərin Suriyaya döyüşə yollanması Azərbaycan Ordusunda xidmət edən əsgərlər arasında islam dini ilə bağlı maarifləndirici işlərin görülməsi məsələsini gündəmə gətirib. Ekspertlərin rəyinə görə, radikal dini cərəyanların təbliğat mexanizminin Orduya sızmaması üçün indidən tədbirlər alınması daha məqsədəuyğundur.

Tarix
2014.02.07 / 12:07
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla