Axar.az
Yuxarı

Prezident: "Biz qitələri birləşdirəcəyik"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Siz də bunun şahidisiniz ki, bir çox sənədlər imzalandı. Bu sənədlərin icrası bizim əlaqələrimizi daha da gücləndirəcəkdir. Bir çox sahələr üzrə imzalanan sənədlər gələcək üçün yol göstərir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə birgə mətbuat konfransında bəyanatla çıxış edərkən bildirib.

"Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində bu gün çox önəmli addımlar atılmışdır. Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Azərbaycanın üzərinə düşən vəzifə bu ilin sonuna qədər icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik.

Neft-qaz sektorunda çox gözəl perspektivlər var. İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur. Biz gələcək əməkdaşlıq haqqında çox gözəl fikir mübadiləsi apardıq. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənilir. Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır.

Energetika sahəsində çox gözəl işlər görülür və gözəl perspektivlər vardır. Bu sahədəki əməkdaşlıq ancaq İran-Azərbaycan əməkdaşlığı ilə məhdudlaşmır. Qonşu ölkələr də bu layihəyə qoşula bilərlər və belə olan halda bu, gözəl transmilli, regional layihəyə çevriləcəkdir.

Qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar var. Hər iki ölkədə hazırda çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaqdır. Maliyyə, bank, sığorta, turizm, əczaçılıq sektorlarında da gələcək fəaliyyət üçün gözəl imkanlar var", - İlham Əliyev vurğulayıb.

Tarix
2016.02.23 / 22:41
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

İran 32 terrorçunu Azərbaycana niyə təhvil vermir?

Vətən müharibəsi xronikası: 21 oktyabr

Mincivanın işğaldan azad olunmasından 1 il ötür

Nikol səhvlər edir, Serjik isə pislikdir – Qalustyan

Bu gün əbədi Zəfər günü kimi qalacaq - Prezident

“Əsir” təhvili, Moskvada görüş, Zəngəzura nəzarət... – Video

Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - Video

Moskvada üçtərəfli görüş: tərəflər razılığa gəldi

Ərəb ölkələri üzrə azərbaycanlıların yeni şurası yaradıldı

ABŞ ordusu Avropada işləri sürətləndirdi - Şoyqu

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla