Yuxarı

FHN-in Nardaranda yeni bölməsi açıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in Nardaranda yeni bölməsi açıldı - Foto

Nardaran qəsəbəsində 24 fevral 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Sabunçu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 24 nömrəli Yanğından mühafizə bölməsinin açılışı olub.

FHN-dən Axar.az-a verilən məlumata görə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bölmənin inzibati binasının açılışını bildirən qırmızı lenti kəsib.

Tədbirdə, həmçinin, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov iştirak edib.

Məlumat verilib ki, 30 nəfər şəxsi heyətin çalışacağı bölmənin ərazisi 900 kvadratmetrdir. Bölmə ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş, şəxsi heyətin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada dispetçer, tədris, qəbul və istirahət otaqları, yeməkxana vardır. Bölmənin ərazisində yanğın deposu, nəzarət-buraxılış məntəqəsi, qazanxana, nasosxana, su anbarı inşa olunmuşdur. Bölmə 2 ədəd ən müasir yanğınsöndürmə avtomobili ilə təmin edilib.

Nazir müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, 24 nömrəli Yanğından mühafizə bölməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin dekabr ayında Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı müvafiq sərəncama uyğun olaraq istifadəyə verilir. O, vurğulamışdır ki, bölmənin istifadəyə verilməsi ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və yanğınsöndürmə tədbirlərinin operativ həyata keçirilməsini asanlaşdıracaq.

Tarix
2016.02.24 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla