Yuxarı

Ərdoğan: “Bunu Əsədə də dedim…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan: “Bunu Əsədə də dedim…”

Türkiyənin mübarizəsi etnik qruplara yox, terrorçulara qarşıdır. Bu ölkədəki kürdlər mənim vətəndaşım, qardaşımdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yerli məhəllə rəhbərləri ilə görüşündə deyib.

O, Suriya Prezidenti Bəşər Əsədin vətəndaş müharibəsindən öncə kürdlərə qarşı mənfi münasibət sərgilədiyini xatırladıb:

"Türkiyənin mübarizəsi etnik qruplara yox, terrorçulara qarşıdır. Suriya rejimi vaxtı ikən ölkədəki kürdlərə şəxsiyyət vəsiqəsi belə vermirdi. O vaxt bunu Bəşər Əsədə də dedim. Lakin bir çox bəhanələr gətirdi. Lakin indi araları yaxşıdır, həmrəy olublar. İŞİD Kobaniyə (Suriyanın Türkiyə ilə sərhəd şəhəri – red.) hücum edən zaman 200 min kürd qardaşımıza qapımızı açdıq. Lakin bunu etməyə bilərdik. Hazırda onların bir qismi düşərgələrdə və şəhərlərimizdə həyatlarını davam etdirirlər. Bu ölkədəki kürdlər mənim vətəndaşım, qardaşımdır. Bizim onlarla heç bir problemimiz yoxdur".

Tarix
2016.02.24 / 17:48
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İlham Əliyev COP31-də iştirak edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay süfrəsi arxasında söhbət etdilər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla