Yuxarı

“Rusiyanın bu addımı sabitliyin pozulmasıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiyanın bu addımı sabitliyin pozulmasıdır”

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Rusiyanın Ermənistana ağır hərbi texnika və silah satmasını ikili standart, bölgədə sabitliyin pozulmasına cəhd kimi qiymətləndirib.

APA-nın məlumatına görə, Ə. Əhmədov bildirib ki, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktı bir çox beynəlxalq qurumlar tərəfindən də təsdiq etdiyi halda, işğalçı dövlətə silah-sursatın satılması Cənubi Qafqazda sabitliyin pozulması, gərginliyin artması istiqamətində əlavə addımlar deməkdir.

Ə. Əhmədov onu da deyib ki, bəzi hallarda silah-sursat Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır: "Əlbəttə, onların bu barədə həmişə bəhanələri olur. Ermənistanın Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının üzvü olmasını bəhanə gətirirlər. Bəhanəni həmişə tapmaq olar. Biz bunu pisləyir və ikili standartların bariz forması sayırıq. Əgər belə bir hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq".

Tarix
2016.02.25 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla