Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Fevral 2019


Nazirlikdə III Vergi Forumu keçirilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vergilər Nazirliyi əhalidə formalaşan vergi ödəmə vərdişlərini normaya çevirmək niyyətindədir".

"Axar.az" Vergilər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji tədqiqatlar idarəsinin rəisi Natiq Şirinov cümə günü "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" III Vergi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, ölkənin vergi sisteminin inkişaf vəzifələrindən biridir. İnkişaf vəzifələri "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında yer alıb.

N.Şirinov bildirib ki, konsepsiya vergi sistemi üçün aşağıdakı missiyaları müəyyənləşdirir: beynəlxalq standartlara cavab verən vergi sisteminin formalaşdırılmasının başa çatması, innovativ iqtisadiyyatın inkişafını təmin edən və iqtisadiyyatın qeyri-neft sektorunun ixrac potensialını gücləndirən vergi siyasətinin aparılması, vergi ödəyiciləri ilə tərəfdaşlıq prinsiplərinin yaradılması, əhalinin vergi odəmə vərdişlərini normaya çevirmək.
İdarə rəisinin sözlərinə görə, nazirlik bunun üçün 2013-2020-ci illərdə vergi sisteminin inkişafı üzrə strateji plan və 2013-2020-ci illərdə vergi sisteminin inkişafı strategiyasını təsdiq edib.

O, həmçinin son 10 ildə Azərbaycanın vergi sahəsində qazanılan uğurlardan danışıb: "Bu dövr ərzində vergi daxilolmaları 6,6 dəfə, qeyri-neft sektorundan daxilolmalar 6,1 dəfə, qeyri-dövlət sektorunda daxilolmalar 9,3 dəfə, regional gəlirlər 127 dəfə, vergi ödəyicilərinin sayı isə 6,1 dəfə artıb".

Tarix
2014.02.07 / 19:35
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Özü çətinlik çəkən Rusiya İrana 5 milyardı niyə verdi?

Əhalinin qazancı nə qədər olub?

Bakı Orta Asiyaya qapıdır: qazax və türkmən qazı da... – Şərh

Qonşuda azərbaycanlıların yaşadığı problemlər müzakirədə

Həmsədrlər erməni nazirlə Qarabağı müzakirə etdi

Tarix İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Yeni mərhələdə başlıca prinsip: öncə Azərbaycan! - Foto

Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar...

Dünya Bankı: Azərbaycanda ciddi islahatlar aparılır

Agentlik sədri Balakən sakinini canlı yayımda işə dəvət etdi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla