Yuxarı

Daha bir ştat Xocalı soyqırımını tanıdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir ştat Xocalı soyqırımını tanıdı

ABŞ-ın Aydaho ştatının qubernatoru K.L. Buç Otter (C.L. "Butch" Otter) xüsusi bəyannamə imzalayaraq, 26 fevral tarixini Aydahoda "Xocalı Qətliamını Anma Günü" elan edib.

Bu barədə Report-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Konsulluğa daxil olmuş bəyannamədə Xocalı qətliamı zamanı həyatını itirmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.

Qeyd edək ki, bu bəyannamə, Aydaho ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk rəsmi sənəddir.

Sənəddə 24 il əvvəl - 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Həmçinin, qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.

Bəyanamə, Aydaho ştatının dövlət katibi Lorens Deni (Lawerence Denney) tərəfindən də imzalanıb.
Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 21-ə çatıb.

Tarix
2016.02.26 / 09:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla