Yuxarı

Küçədə qalan alimə daha bir xoş xəbər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Küçədə qalan alimə daha bir xoş xəbər

Professor Fazil Qaraoğlu kirayə qaldığı evdən çıxarılmış, bütün kitabxanası, arxivi açıq havaya, çölə atılmışdı. Alimin belə acınacaqlı halı sadə insanları çox sarsıtdı, yatdım etməyə başladılar. 1, 2, 5, 10, 15, 20, 30, 50, 100, 200, 500 manat - yarım saat ərzində 3 mindən çox vəsait toplanmışdı. Bağını, boş mənzilini təklif edənlər oldu. Aylıq, illik kirayə pulunu ödəmək üçün çoxlu təkliflər gəldi.

Axar.az xəbər verir ki, bunu “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu professorla bağlı paylaşımında bildirib.

O qeyd edib ki, rəsmi nümayəndələr professoru yerləşdirməklə bağlı səfərbər olublar:

“Səhər tezdən Sosial Xidmət Agentliyinin nümayəndəsi də professorla görüşdü. Hələ gecə Heydər Əliyev Fondunun, səhər tezdən Nərgiz fondunun nümayəndəsi zəng etdi. Mənzil tapmaq və professoru yerləşdirməklə bağlı səfərbər oldular. Nəhayət ev tapıldı. Fondlar yeni mənzilin kirayə haqqını 1 il 4 aylıq ödəməyi öz üzərinə götürüb. O, bu gecə isti və rahat mənzildə qalacaq”.

“Səhərə qədər durmadan hesaba pul gəlirdi. Bu gün hesabı yoxlayanda artıq 30 mindən çox vəsait yığılmışdı”, – Ş.Xuduoğlu əlavə edib.

Tarix
2024.04.01 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla