Yuxarı

Səfər Əbiyevin qadağasını Nəcməddin Sadiqov qanuniləşdirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfər Əbiyevin qadağasını Nəcməddin Sadiqov qanuniləşdirdi

Müdafiə Nazirliyinin nəzdində olan Mərkəzi Ordu İdman Klubuna çağırışçı əsgərin həqiqi hərbi xidmətə gəlməsi yenidən qanuniləşdirilib.

"Axar.az" "Virtualaz.org"a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov öz facebook səhifəsində məlumat verib.

Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun fəaliyyətini həmişə tənqid edən Ü.Cəfərov paylaşdığı statusunda bildirib ki, ölkənin ən böyük güc strukturunda bu gün hərc-mərclik yaratmaq istəyən Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla, onun adı rüşvətdə dəfələrlə hallanan köməkçisi, polkovnik Elxan Məcidovla bağlı təcili ölçü götürülməzsə, xoşagəlməz hadisələr yaşana bilər: "Müdafiə Nazirliyində Mərkəzi Ordu İdman Klubu deyilən bir qurum var idi. Sirr deyil ki, burada hər zaman imkanlı şəxslərin övladları müəyyən maraqlar çərçivəsində "xidmət keçirdilər". Söz-söhbətlərə son qoymaq üçün ötən illərin birində sabiq müdafiə naziri Səfər Əbiyev bu quruma çağırışçıların (əsgərlərin) qəbulunu qadağan etmişdi. İndi isə Baş Qərargah rəisi əmr imazlayaraq hər çağrışdan 80 nəfər çağırışçı əsgərin ora həqiqi hərbi xidmətə gəlməsini yenidən qanuniləşdirib".

Tarix
2013.10.31 / 18:12
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla