Yuxarı

Prezidentin İran səfərində vacib siyasi məqam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin İran səfərində vacib siyasi məqam

Prezident İlham Əliyevin İrana səfərinin siyasi əhəmiyyəti böyükdür.

Bu barədə Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərini və imzalanan müqavilələri şərh edərkən deyib. Deputat bildirib ki, nəinki İran, bütün qonşu ölkələrlə normal siyasi, iqtisadi və mədəni münasibətlər Azərbaycanın strateji maraqlarının əsasını təşkil edir:

"Dövlət başçısının Tehrana səfərində bir sıra vacib siyasi amillər var. Birincisi, iki ölkə arasında olduqca əhəmiyyətli 11 saziş imzalanıb. Bu, Azərbaycan üçün "Şimal-Cənub" dəhlizinin formalaşması baxımından önəmlidir. İkincisi, İranla Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaranıb. Üçüncü, ən əsas amil isə İranla bəzi problemlərin aradan qaldırılması istiqamətində addımların atılmasıdır. Bu o deməkdir ki, Bakı ilə Tehran arasında iqtisadi əlaqələr daha da güclənəcək".

Qeyd edək ki, İlham Əliyev fevralın 23-də İrana səfər edib. Səfər çərçivəsində Azərbaycanla İran arasında 11 müqavilə imzalanıb. Tərəflər mətbuata açıqlamalarında "Şimal-Cənub" layihəsinin bölgə üçün yeni inkişafa səbəb olacağını bildiriblər.

Tarix
2016.02.28 / 10:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla