Yuxarı

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir müddət əvvəl seçildiyi postda ilk ciddi sınağıyla üzləşib. Müxalifətin öz tərəfdarlarını paytaxt Tiflisdə etiraza çağırmasına baxmayaraq, hökumət “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməkdə qətiyyətini davam etdirir. Gürcüstan parlamenti bu qanun layihəsini birinci oxunuşda qəbul edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ABŞ və AB qanun layihəsiylə bağlı Gürcüstan hökumətinə təzyiqini artırıb:

“Amma bu da hökumətin mövqeyini dəyişməyib. Hakim Gürcü Arzusu Partiyası Gürcüstanın AB üzvlüyünü qarşısına hədəf qoysa da, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və medianın fəaliyyətini nəzarət altına almağa çalışır. Müxalifət və Qərblə yanaşı, Gürcüstan Prezidenti Salome Zurabişvili də bu qanunun əleyhinədir. Gürcüstanda unikal vəziyyət yaranıb. Gürcüstan prezidenti hökumətin qərarından xarici dövlət başçılarına şikayət edir. Baş nazir isə prezidenti xarici agent adlandırıb. Belə görünür ki, Gürcüstanda bu ilin oktyabr ayındakı parlament seçkiləri dərin ixtilaf içərisində keçiriləcək.

Qonşu Gürcüstandakı olaylar ölkəmizdə diqqətlə və həyəcanla izlənilir. Çünki strateji tərəfdaşımız olan Gürcüstanda sabitliyin pozulması Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat dəhlizləri və boru xətləri Gürcüstandan keçir. Gürcüstanın xaosa yuvarlanması enerji və nəqliyyat layihələrinə təhlükə yarada bilər. Zəngəzur dəhlizinin işə düşməsi bu səbəbdən də vacibdir ki, nəqliyyat xətləri şaxələndirilsin və Azərbaycan yalnız bir ölkənin tranzit imkanlarından asılı olmasın”.

Tarix
2024.04.17 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

Ermənistana daha 16 vaqon yanacaq göndərilir

Bu rayonun Azərbaycana böyük töhfəsi olacaq

DTX-də Heydər Əliyevin 103 illiyi qeyd olundu

Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - Video

Bütün dünyanın gözü bu gün Mehridədir... - Nikol

Prezident və xanımı Cəbrayılda - Video

Azərbaycanın faşizm üzərində qələbəyə töhfəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla