Yuxarı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Rus sülhməramlıların vaxtından 1,5 il əvvəl Azərbaycanı sakitcə tərk etməyə başlaması ilə bağlı “səbəb axtarışları” sırasında daha bir sensasion iddia irəli sürülüb.

Axar.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, cavab sadə deyil, hətta bir xətt üzrə də deyil, müxtəlif məsələlərin sintezindən doğub – qlobal trendlərlə yanaşı Azərbaycan və Türkiyənin sinxron davranışları, məncə, həlledici olub:

“Azərbaycan dövlət TV-sı anons yaydı, həbsdə olan terrorçu-separatçılardan böyük bir müsahibə aldığını dedi, onlar da, çox güman, sandığı açıb, pambığı töküblər – illərdir Kremlin, Moskvanın Azərbaycana qarşı etdiklərini, separatizmə necə dəstək verdiklərini danışıblar, sənədlərlə sübut olunmuş faktlar ortalığa çıxıb. Sonra müsahibə efirə getmədi - əvəzində “rusməramlılar” ölkədən getdi.

Əgər bu şahmat gedişi rol oynayıbsa, bu məsələni düşünüb həyata keçirənlərə eşq olsun!”

Qeyd edək ki, separatçılar AzTV-yə müsahibə verməmişdi, söhbət DTX-nin “Bir günlük əməliyyat: Antiterror” filmindən və bu filmdə separatçıların etiraflarından gedir.

Tarix
2024.04.19 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla